Türkiyə Supeliqası: "Qalatasaray" 3 xalı 4 qolla aldı

Bu gün, 08:22           
Türkiyə Supeliqası: "Qalatasaray" 3 xalı 4 qolla aldı
Türkiyə Superliqasında 3-cü turun görüşləri oynanılır.

Oxu.Az xəbər verir ki, son çempion "Qalatasaray" səfər matçında "Kayserispor"la qarşılaşıb.

Qonaqlar meydan sahiblərinin qapısından dörd cavabsız top keçiriblər. Eren Elmalı 36 və 46-cı dəqiqələrdə fərqlənərək dubla imza atıb. 86-cı dəqiqədə Osimhen fərqi artırıb. Son nöqtəni isə 90+3-cü dəqiqədə Sane qoyub - 0:4.

Hazırda "cim-bom" 9 xalla turnir cədvəlinin lideridir. Kayseri təmsilçisi isə aktivindəki 1 xalla 12-ci pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru