ABŞ Ukraynaya təxminən 63 milyard dollar yardım etdi

22-06-2023, 10:47           
ABŞ Ukraynaya təxminən 63 milyard dollar yardım etdi
Rusiyanın müharibəsi başlayandan bəri ABŞ Ukraynaya təxminən 63 milyard dollar yardım edib.

Bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

İqtisadi inkişafa yardım məqsədilə 2022-ci il fevralın 24-dən etibarən ABŞ Dünya Bankının mexanizmləri vasitəsilə Ukrayna hökumətinə təxminən 19,3 milyard dollar büdcə dəstəyi göstərib. Əlavə 3,7 milyard dollar 2023-cü ilin sentyabr ayına kimi yönəldiləcək.

Büdcə dəstəyi ilə birlikdə ABŞ iqtisadi dayanıqlığı, enerji təhlükəsizliyini, idarəetməni, kibertəhlükəsizliyi, korrupsiya ilə mübarizəni, səhiyyəni və kənd təsərrüfatı istehsalını təşviq etmək üçün təxminən 1,4 milyard dollar ayırıb.

Birləşmiş Ştatlar Ukraynaya və regiona içməli su, sığınacaq, dolanışıq yardımı, kanalizasiya, gigiyena məhsulları, təcili tibbi yardım, təcili ərzaq ehtiyaclarını ödəmək üçün 2,1 milyard dollardan çox humanitar yardım göstərib.

Rusiya Ukraynaya qarşı genişmiqyaslı təcavüzə başlayandan bəri təhlükəsizlik istiqamətində 40 milyard dollardan çox yardım edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru