ABŞ rəsmiləri ilk dəfə laboratoriya şəraitində heyvan hüceyrələrindən hazırlanmış toyuq ətinin satışını təsdiqləyib. Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı Departamenti açıqlama verib. Açıqlamada departamentin bu addımı heyvanlara vurulan zərərin aradan qaldırılması, heyvan yeminin artırılması və heyvan tullantılarının ətraf mühitə təsirini kəskin şəkildə azaldılmasına yönəlib. Beləliklə, Kaliforniyada yerləşən iki şirkətə (“Good meat”, “Eat just”) restoranlara və supermarket rəflərinə "laboratoriyada yetişdirilmiş" əti təklif etmək imkanı yaranıb. Satış təsdiqini alan hər iki şirkət ilk istehsalın məhdud olacağını vurğulayıb. “Good meat” rəsmiləri istehsal hədəfi ilə bağlı proqnoz verməyib. Başqa bir məlumata görə, “Joinn Biologics” şirkətinin də “Good meat” ilə işləyəcək.