Ukrayna DİN: “Krımı azad etməyə daha bir neçə addım yaxınlaşmışıq”
26-06-2023, 09:34
“Krımı azad etməyə daha bir neçə addım yaxınlaşmışıq”. Bunu Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Anton Gereşenko tviterdə yazıb. O bildirib ki, Ukrayna ərazi bütövlüyünü tam bərpa etmək istiqamətində daha bir neçə addım atıb. Nazirlik nümayəndəsinin sözlərinə görə, Rusiya ordusu artıq parçalanır. Qeyd edək ki, Krım 2014-cü ildə ilhaq edilib. Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Rəsmi Kiyevin mövqeyinə görə, müharibə 1991-ci il sərhədlərinin bərpa olunması ilə başa çatmalıdır.