Çindən Rusiyada baş verən hadisələrə REAKSİYA

26-06-2023, 10:14           
Çindən Rusiyada baş verən hadisələrə REAKSİYA
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Rusiyada ''Vaqner''lə bağlı insidentə münasibət bildirib.

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Bu, Rusiyanın daxili işidir. Yeni dövrdə mehriban qonşu və hərtərəfli strateji əməkdaşlıq tərəfdaşı kimi Çin milli sabitliyin qorunmasında, inkişaf və firavanlığa nail olmaqda Rusiyanı dəstəkləyir”, - XİN sözçüsü qeyd edib.

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Priqojin Belarusa köçəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru