Rusiyada xaos rublu ÇÖKDÜRDÜ - Dollar kəskin BAHALAŞDI

26-06-2023, 10:15           
Rusiyada xaos rublu ÇÖKDÜRDÜ -
İyunun 26-da keçirilən erkən ticarətdə dollar və avro rubla qarşı kəskin möhkəmlənir.

Publika.az xəbər verir ki, bu barədə Moskva birjasının məlumatında deyilir.

Bildirilir ki, əməliyyatların başlamasından sonra ilk dəqiqələrdə Amerika valyutasının məzənnəsi 86,77 rubla, Avropa valyutasının məzənnəsi 94,8 rubla yüksəlib. Yuan isə 12 rubldan yuxarı qalxıb .

Sonuncu dəfə rubl bu səviyyədə 2022-ci ilin martında olub.

Səhər saat 7:15-ə kimi dollar 86,24 rubla, avro 94,17 rubla korrektə edib.

Həftəsonu hadisələri fonunda Rusiya valyutasının kəskin zəifləməsi gözlənilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru