"ABŞ-nin fəaliyyəti Koreya yarımadasını nüvə müharibəsinə doğru aparır"
26-06-2023, 11:28
"ABŞ-nin fəaliyyəti Koreya yarımadasını nüvə müharibəsinə doğru aparır" Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyi yanında Amerika Araşdırmaları İnstitutunun məruzəsində qeyd olunur ki, Birləşmiş Ştatların aqressiv fəaliyyəti, o cümlədən Cənubi Koreya ilə təlimlər keçirməsi Koreya yarımadasını nüvə münaqişəsinə sürükləyir.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi Amerika Araşdırmaları İnstitutunun hesabat məruzəsinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, onsuz da vəziyyətin sabit olmadığı Koreya yarımadasında və Şimal-Şərqi Asiyada ABŞ-nin aqressiv fəaliyyəti hərbi gərginliyi artırıb, qeyd olunan ərazilər nüvə müharibəsinin astanasındadır. Hesabatda vurğulanıb ki, ABŞ daimi hərbi təhdiddən əl çəkməsə, Pxenyan suverenliyini və təhlükəsizliyini qorumaq üçün müdafiə qabiliyyətini gücləndirməyə, özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək.