Tezliklə hamını sevindirəcək nəticələr olacaq - Ukrayna rəsmisi

27-06-2023, 18:23           
Tezliklə hamını sevindirəcək nəticələr olacaq -
Ukraynanın “Cənub” əməliyyat komandanlığı bir sıra yeni məlumatlar açıqlayıb.

Modern.az "Unian"a istinadən xəbər verir ki, Kaxovka SES-də törədilən terror aktı Ukrayna ordusunun əks-hücumunu dayandıra bilməyib.

Bu barədə “Cənub” əməliyyat komandanlığının birgə mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk məlumat verib.

“Biz döyüş işlərini davam etdiririk - bu effektivdir və əvvəlcədən razılaşdırılmış plana uyğun gedir. Tezliklə hamını sevindirəcək nəticələr olacaq”, - deyə spiker əmin edib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru