Fransa ilk hipersəs silahını sınaqdan keçirib

28-06-2023, 10:38           
Fransa ilk hipersəs silahını sınaqdan keçirib
Fransa ilk hipersəs sürətli idarə olunan döyüş başlığı V-MAX-ı sınaqdan keçirib. Hipersəs döyüş başlığının prototipi Silahlanmalar üzrə Baş İdarə tərəfindən test edilib.

İdarənin bəyanatına görə, bu silah müasir hava hücumundan müdafiə sistemini “aldatmağa” qadirdir.

Məlumata görə, V-MAX-ın uçuşundan sonra səmada yaranan ağ iz Tuluza, Monpelye, Akvitaniya səmasında, eləcə də İspaniyanın şimalında görünub.
Qeyd edək ki, bir müddət əvvəl beynəlxalq raket sistemləri istehsalçısı MBDA Almaniya, Fransa, İtaliya və Niderland hakimiyyətləri ilə hipersəs müdafiəsinin prototipinin yaradılması ilə bağlı ilkin razılığa gəlib. Sistemin növbəti üç il ərzində hazırlanması gözlənilir.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru