“NATO üçün prioritet Ukraynaya kömək etməkdir”

30-06-2023, 10:34           
“NATO üçün prioritet Ukraynaya kömək etməkdir”
“NATO iyulda Vilnüsdə keçiriləcək sammitdə Ukraynaya dəstək üçün “həlledici siqnal” göndərəcək. Lakin hazırda Alyans üçün prioritet Ukraynaya müharibədə qalib gəlməyə kömək etməkdir”.
Teref.az “Report”a istinadən xəbər verir ki, baş katib vurğulayıb ki, bütün NATO müttəfiqləri Ukraynanın Alyansa qoşulmaq istəyini dəstəkləyir. Stoltenberq onu da əlavə edib ki, qoşulmaq üçün rəsmi dəvətin vaxtı gələndə Rusiya deyil, Ukrayna və müttəfiqlər qərar verəcək:
“NATO sammitində biz Ukraynanın üzvlük istəklərini müzakirə edəcəyik və mən tam əminəm ki, NATO müttəfiqləri Ukraynaya güclü dəstək siqnalı göndərəcəklər. Ən vacib, təxirəsalınmaz vəzifə Ukraynanı dəstəkləməyə davam etmək və onun Avropada suveren müstəqil dövlət kimi qələbəsini təmin etməkdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru