İsveç sakinləri Quranın yandırılmasına icazə verildiyi üçün polisə şikayət ediblər–VİDEO
30-06-2023, 09:54
Çərşənbə günü Stokholmda Quranın yandırılmasından sonra İsveçin bir neçə sakini aksiyaya icazə verən polislə bağlı Ədliyyə Ombudsmanına şikayət edib.
Məlumata görə, Qurban bayramı zamanı paytaxt belə aksiyaya icazə verdiyinə görə polis tənqid olunub.
Müraciət edənlərdən biri vurğulayıb ki, “Söz azadlığı cəmiyyətin bir hissəsini əqidəsinə görə əzmək, alçaltmaq, təxribata çəkmək və ayrıseçkilik etmək istəyilə məhdudlaşır”.
Qeyd olunur ki, daha əvvəl Ədliyyə Nazirliyinin rəhbəri Qunnar Strömmer izah edib ki, hökumət və onun idarəsi aksiyaya icazənin verilməsində iştirak etmir. İcazələrin verilməsi məsələləri polis orqanları tərəfindən həll edilir. O bildirib ki, “söz azadlığının qorunması çoxları üçün təhqiredici ola bilər” və “icazə dəstək demək deyil”.