Kral ailəsi də qənaət rejiminə keçib

30-06-2023, 13:08           
Kral ailəsi də qənaət rejiminə keçib
Artan inflyasiya Böyük Britaniyanın kral ailəsinin maliyyə vəziyyətinə zərbə vurub, xərcləri artırıb. Kral III Çarlz iqamətgahlarda istilik sistemini söndürməyi əmr edib. O, bunu təkcə iqtisadiyyat deyil, həm də ətraf mühitin qorunması naminə edib.

Kral ailəsinin xərc və gəlirlərini əks etdirən illik hesabatda qeyd edilir ki, III Çarlz istixana qazı emissiyalarını azaltmaq üçün qapalı məkanlarda temperaturun 19 dərəcəyə endirilməsini əmr edib.

Kral Xəzinədarı Maykl Stivens bu qərarın bir çox mal və xidmətlərin, xüsusən də yanacaq və enerji xərclərinin bahalaşmasına səbəb olan inflyasiya təzyiqlərinin artması fonunda qəbul edildiyini bildirib.


Mənbə: Reuters












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru