Melaniya Tramp “NFT” satmağa başlayıb

30-06-2023, 12:58           
Melaniya Tramp “NFT” satmağa başlayıb
ABŞ-ın keçmiş birinci xanımı Melaniya Tramp iyulun 4-də ölkənin Müstəqillik Günü ərəfəsində 1776 ədəd “NFT” kolleksiyasını satış üçün təqdim edib.

Bu barədə “Report” “Fox News” istinadən xəbər verir.

Kolleksiya ABŞ-ın əsas görməli yerlərinin altı təsvirindən ibarətdir. Hər bir görüntü vətənpərvərlik motivləri olan musiqi treki ilə müşayiət olunur.

Melaniya Trampın nümayəndələrinin sözlərinə görə, kolleksiyadakı əşyaların hər biri Amerika həyatının fərqli aspektini əks etdirir və “Amerika ideallarının əsaslarını” ifadə etmək üçün yaradılıb.

Tokenlərin satışından əldə olunan gəlirin bir hissəsi himayədar ailələrdən olan uşaqların təhsil almasına kömək edən “Gələcəyin Təşviqi” layihəsinə bağışlanacaq.

Melaniya Tramp əri Donald Trampın ABŞ-ın 45-ci prezidenti seçilməsindən sonra 2017-ci ildən 2020-ci ilə kimi ABŞ-ın birinci xanımı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru