Parisdə güllələnən gəncə görə başlayan etirazlar Strasburqa sirayət edib

1-07-2023, 09:08           
Parisdə güllələnən gəncə görə başlayan etirazlar Strasburqa sirayət edib
Fransada 17 yaşlı Naelin polis gülləsi ilə öldürülməsindən sonra Paris ətrafında başlayan hadisələr Strasburqa da sirayət edib.

Fransa mətbuatında yer alan xəbərə görə, Strasburqda tanınmış texnologiya mağazası və 2 məşhur geyim mağazası qarət edilib. Polis şəhərdə 11 nəfəri həbs edib.

Strasburqda çəkildiyi bildirilən görüntüdə bir çox gəncin polis avtomobilini qarət etdiyi anlar əks olunub.

Şəhər mərkəzində yerli vaxtla saat 19:00-dan səhər saat 04:00-a qədər nümayişlərin keçirilməsi qadağan edilib.

Digər tərəfdən, Parisə yaxın olan Rosny-sous-Bois və Kreteil şəhərlərində 2 ticarət mərkəzi qarət edilib. Kreteil şəhərində 15 nəfər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru