Estoniya rusdilli məktəblər üçün cərimələri artıracaq

1-07-2023, 12:57           
Estoniya rusdilli məktəblər üçün cərimələri artıracaq
Estoniya rusdilli məktəblər üçün cərimələri artıracaq.

"Report" xəbər verir ki, bu barədə ERR dövlət yayım portalı məlumat yayıb.

Məlumata görə, eston dilində danışmayan müəllimləri işə götürən rus məktəbləri üçün cərimələr 15 dəfə artırılaraq 10 min avroya qədər artacaq.

İndiyədək maksimum cərimə 640 avro olub. Təhsil Nazirliyinin eston dilində təhsilə keçid koordinatoru İnqar Dubolazov qeyd edib ki, yeni cərimə hüquqi şəxslərə şamil edilir. Avqustun 1-dən tələbləri dəfələrlə pozan məktəblər üçün onun məbləği 9 600 avroya çatacaq. Bundan əlavə, müəllimlərin eston dilini bilmə səviyyəsi yoxlanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru