İlon Mask Fransada bu detaldan ŞOKA DÜŞDÜ: "Qeyri-qanuni olaraq gətirilib"

1-07-2023, 14:14           
İlon Mask Fransada bu detaldan ŞOKA DÜŞDÜ:
Amerikalı iş adamı və milyarder İlon Mask Fransada nümayişçilərin əlində olan külli miqdarda silahdan şoka düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Mask Tvitter hesabında fikirlərini paylaşıb.

"Onlar bu qədər silahı haradan alırlar? Avropada şəxsi silah əldə etmək son dərəcə məhdud olsa da, lakin hələ də mövcuddur. Hesab edirəm ki, bu silahların əksəriyyəti çox güman ki, oğurlanmış və ya qeyri-qanuni olaraq Fransa ərazisinə gətirilmişdir", - deyə o Tvitter-də yazıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Parisin Nanter şəhərətrafı qəsəbəsində hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmaqdan imtina etdiyi üçün güllələnən 17 yaşlı yeniyetmənin öldürülməsindən sonra ölkədə kütləvi iğtişaşlar başlayıb. Bir neçə gündür davam edən etirazlarda inzibati binalar yandırılmaqla bərabər, mağazalar da talanıb. Bəzi ərazilərə xüsusi təyinatlılar və helikopterlər cəlb olunub.

Fransa prezidenti Emmanuel Makron vəziyyətə nəzarət edə bilmək üçün nazirliklərarası böhran qrupunu toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru