Zelenski Kiyevin 4 bölgəsinin rəhbərini istefaya göndərdi

1-07-2023, 14:54           
Zelenski Kiyevin 4 bölgəsinin rəhbərini istefaya göndərdi
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin dörd rayonunun rəhbərlərini vəzifəsindən azad edib.

“Qafqazinfo” “Strana”ya istinadən xəbər verir ki, Zelenski bununla bağlı qərar imzalayıb.

Burada söhbət Podolski, Svyatoşinski, Desnyanski və Dneprovski bölgələrinin rəhbərlərindən gedir.

Bunun sığınacaqların vəziyyətinin qənaətbəxş olmaması ilə bağlı yaranan qalmaqalla əlaqəli olduğu güman edilir. Xüsusilə də Kiyevdəki vəziyyət müzakirə mövzusuna çevrilib. İyunun 23-ü Ukraynanın Təhlükəsizlik Şurasının iclası keçirilib və bunun ardınca Zelenski Ukraynadakı bomba sığınacaqlarının dörddə birinin, Kiyevdə isə üçdə birinin yararsız olmasına görə məsuliyyət daşıyan şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib. O, məsələ ilə bağlı kadr dəyişikliyi edəcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru