Britaniya İranla nüvə sazişini pozmaq niyyətindədir
3-07-2023, 11:44
Britaniya, Almaniya və Fransa İranla 2015-ci il nüvə sazişini pozmaq planlarını açıqlayacaqlar.
Məlumata görə, həmin ölkələr Tehrana qarşı sanksiyaları ləğv etmək niyyətində deyil. Bildirilir ki, belə qərara səbəb İranın Rusiyaya PUA-lar satmasıdır ki, bu da Londonda İran tərəfindən Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) pozulması kimi qiymətləndirilir.