Avstriya XİN: Ukraynaya silah tranziti ölkənin neytrallığını pozmur 3-07-2023, 08:46 Avstriyadan Ukraynaya silah tranziti ölkənin neytrallığını pozmur."Report" xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ORF telekanalına müsahibəsində deyib.Onun sözlərinə görə, hərbi materialların tranziti Avropa İttifaqının birgə qərarı ilə nəzərdə tutulub və Avstriya buna əməl etməyə borcludur.Fevral ayında Ukrayna Prezidenti Volodimir Zelenski Avstriyanın Kiyevə təxminən 200 milyon avro yardım etdiyini bildirmişdi. Facebook-da paylaş