Orkney adaları Böyük Britaniyadan ayrılmaq istəyir
3-07-2023, 13:23

Şotlandiyanın Orkney adalarında arxipelaqın Böyük Britaniyadan mümkün çıxarılması və Norveçə birləşdirilməsi ilə bağlı müzakirələr aparılır.
Publika.az xəbər verir ki, bu bardə "Daily Telegraph" qəzeti yazır.
Son vaxtlar yerli səviyyədə alternativ idarəetmə formaları ilə bağlı suallar yaranır. Bura adaların tarixi əlaqələrinin bərpası daxildir. Yerli şuranın rəhbəri Ceyms Stokanın sözlərinə görə, bir çox orknilər Edinburq və London hökumətlərinin fəaliyyətindən narazıdırlar və hesab edirlər ki, Şotlandiya və ümumi Britaniya büdcələrindən maliyyələşmə kifayət deyil.
Sakinlərin üzləşdiyi əsas maneələr arxipelaqla Şotlandiya materiki arasında bərə xidmətində olan problemlərdir. Şetland və ya Outer Hebrides ilə müqayisədə Orkney adambaşına daha az maliyyə alır. Bu, qəzəb və mövcud vəziyyəti dəyişdirmək istəyinə səbəb olur.
Şuranın rəhbəri müzakirələrdən sonra Orkney adalarının Şotlandiyadan ayrılaraq La-Manş boğazındakı Kanal adaları kimi tac torpaqları statusu almağı və ya onun xarici ərazisi statusunu almağı tələb edə biləcəyini istisna etmir.
Hüseyn İbadlı