Taliblər Əfqanıstanda bərbər və gözəllik salonlarını bağlayır

4-07-2023, 19:28           
Taliblər Əfqanıstanda bərbər və gözəllik salonlarını bağlayır
Taliblər Əfqanıstanda qadınlara qarşı son məhdudiyyətlər çərçivəsində bərbər və gözəllik salonlarının bağlanmasını tələb edib.

Trend xəbər verir ki, şirkətlərə bu barədə iyulun 2-də məlumat verilib və bu tarixdən etibarən bir ay ərzində tələbə əməl etməlidirlər.

Qeyd edək ki, Əfqanıstanda 2021-ci ildə taliblər hakimiyyətə gəldikdən sonra qadınların azadlığı davamlı şəkildə məhdudlaşdırılıb.

Onlar yeniyetmə qızların və qadınların dərslərdə iştirak etməsini, idman zallarına və parklara getməsini qadağan edirlər. Bu yaxınlarda hətta qadınların Birləşmiş Millətlər Təşkilatında çalışması da taliblər tərəfindən qadağan olunub.

Taliblər həmçinin qadınların yalnız gözləri görünəcək şəkildə geyinməli olduqları və evlərindən 72 km-dən uzaq məsafəyə getdikləri təqdirdə kişi cinsindən olan qohumları tərəfindən müşayiət edilməli olduqları barədə qərar verib.

Beynəlxalq qınağa və qadınların etirazına baxmayaraq Əfqanıstanda məhdudlaşmalar qüvvədə qalmaqdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru