Ağ Evdən kokain tapıldı: Bayden həmin vaxt...

4-07-2023, 19:37           
Ağ Evdən kokain tapıldı: Bayden həmin vaxt...
Ağ toz aşkar edildikdən sonra Ağ Evdə təxliyə prosesi həyata keçirilib.

Publika.az xəbər verir ki, yüksək rütbəli dövlət məmurlarının mühafizəsi ilə məşğul olan ABŞ Məxfi Xidməti (USSS) Amerika prezidentinin iqamətgahı ərazisində ağ tozun aşkarlanması ilə bağlı insidenti araşdırır. Bu barədə "Washington Post" qəzeti yazıb. İlkin məlumatlara görə, ağ toz kokain olub.

Məxfi Xidmətin sözçüsü Entoni Quqlielminin sözlərinə görə, aşkar edilmiş maddə hazırda əlavə sınaqdan keçirilir. Bunun Amerika prezident administrasiyasına necə daxil olduğu araşdırılır. USSS-in məlumatına görə, tapılan maddə heç bir təhlükə yaratmır. Lakin Quqlielmi kokainin tapıldığı konkret yeri və onun necə qablaşdırıldığını açıqlamaqdan imtina edib.

Bildirilir ki, ABŞ prezidenti ağ toz aşkarlanan vaxt iqamətgahda olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru