Ukrayna İrana yüklərin daşınmasına qadağa qoyub

5-07-2023, 10:14           
Ukrayna İrana yüklərin daşınmasına qadağa qoyub
Ukraynanın “Ukrjeldoroqa” dəmir yolu şirkəti kənd təsərrüfatı mallarının Macarıstana və bütün malların İrana daşınmasına qadağa qoyub. “Report” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkətin saytında “Daşımada müvəqqəti məhdudiyyətlər” bölməsində qeyd edilib kimi, ZAO MMV (MMV Magyar Maganvasut Zrt.) daşıyıcısı üçün buğda, meslin, qarğıdalı, günəbaxan və raps toxumlarının Macarıstana daşınması məhdudlaşdırılıb. Məhdudiyyət iyunun 30-dan sentyabrın 16-dək keçərlidir.

Bundan əlavə, iyunun 29-dan ləğv edilənə qədər İrana bütün yüklərin daşınmasına qadağa qoyulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru