Fransada hiddət doğuran kampaniya - Yeniyetməni vuran polis üçün 1,5 milyon avro toplanılıb

5-07-2023, 10:45           
Fransada hiddət doğuran kampaniya -
Fransada yeniyetmə Naheli güllələyən polisə və ailəsinə dəstək üçün təşkil olunmuş “fandreyzing” kampaniyasında toplanan vəsait 1,47 milyon avronu (1,6 milyon dollar) ötüb.

Bu barədə “AzPolitika.info” “Reuters”ə istinadla xəbər verir.

Bildirilir ki, bu vəsait Nahelin ailəsinə edilən ianələri xeyli üstələyib və bir çox fransızda utanc və qəzəb doğurub.

Atışmanın nəticələri və onun Fransanın yoxsul şəhərətrafı ərazilərində törətdiyi iğtişaş dalğası siyasi müzakirələrdə üstünlük təşkil etməyə davam edir. Baş nazir Elizabet Borne parlamentdə gənc iğtişaşçılara və onların valideynlərinə qarşı təzyiqləri müdafiə edib.

Prezident Emmanuel Makron iğtişaşların baş verdiyi şəhərlərin merləri ilə üç saat yarımlıq görüş keçirib.

Makron merlərə bildirib ki, tezliklə hökumət yanmış və zədələnmiş binaların, infrastrukturun bərpasını asanlaşdırmağa yönəlmiş fövqəladə vəziyyət qanunu təqdim edəcək.

Daha əvvəl Fransanın əsas işəgötürənlər təşkilatının rəhbəri iğtişaşlar nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına çəkilən xərclərin 1 milyard avronu keçəcəyini təxmin etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru