Avropa İttifaqı Kosovo qarşısında şərt qoydu: “Serblərlə gərginliyi azaltmasanız”
5-07-2023, 12:44

Avropa İttifaqının nümayəndəsi Miroslav Layçak çərşənbə axşamı Priştinada səfəri zamanı bildirib ki, hökumət etnik serblərlə gərginliyi azaltmasa, Avropa İttifaqı Kosovoya qarşı siyasi və iqtisadi sanksiyaları ləğv etməyəcək.
Xatırladaq ki, etnik albanların çoxluq təşkil etdiyi Kosovoya qarşı cəza tədbirləri Aİ və ABŞ tərəfindən Albin Kurti hökumətinin etnik qarşıdurmaların qarşısını almaq, gərginliyi azaltmaqla bağlı çağırışlara məhəl qoymamasından sonar başlamışdı.
Avropa İttifaqı on ildən çox davam edən toqquşmaların durdurulması üçün Kosovo hökumətindən real addımlar atmağı tələb edir.
Sanksiya tədbirləri arasında Kosovo rəsmilərinin Aİ-yə səfərlərinin dayandırılması və Aİ-nin kiçik Balkan respublikasına iqtisadi yardımının böyük bir hissəsinin dayandırılması daxildir. Brüssel Kurti hökumətinə gərginliyi azaltmaq üçün hərəkətə keçməyəcəyi halda əlavə sanksiyaların da olacağı barədə xəbərdarlıq edib.
Kurti ilə üç saatlıq görüşdən sonra Priştinada jurnalistlərə danışan Layçak deyib: “Mənim istəyim sanksiyaların olmamasıdır. Bu missiyanın və bizim apardığımız müzakirələrin məqsədi, əlbəttə ki, bu tədbirlərin dayandırılacağı mərhələyə keçməkdir”.
Reuters