Talibandan reaksiya çəkən daha bir addım

6-07-2023, 08:14           
Talibandan reaksiya çəkən daha bir addım
Əfqanıstana nəzarət edən Taliban qadağalarına yenisini əlavə edib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, indi bütün ölkədə gözəllik salonları qadağan edilib.

Belə ki, sahibkarlara fəaliyyətlərini dayandırmaq üçün 1 ay vaxt verilib.

Taliban müvəqqəti hökumətinin Xeyirə Dəvət və Şərdən çəkindirmə Nazirliyinin sözçüsü Məhəmməd Siddiq Akif Mühacir bildirib ki, qadağa ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar doğrudur.

Xatırladaq ki, Taliban bundan əvvəl qadınların ictimai parklara, əyləncə məkanlarına və idman zallarına girməsini, qeyri-hökumət təşkilatlarında işləməsini, serial və filmlərdə çəkilməsini qadağan edib. Taliban həmçinin qızların ibtidai təhsil müəssisələrində təhsil almasını yasaqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru