“Deutsche Bank”:""Brexit" London maliyyə mərkəzini çökdürə bilməz"
27-06-2016, 23:52
"Böyük Britaniya vətəndaşlarının Avropa İttifaqını (Aİ) tərk etməklə bağlı qərarı ("Brexit") London maliyyə mərkəzini zəiflədə bilər, lakin çökdürə bilməz".
Bunu "Deutsche Bank"ın rəhbəri Con Krien bildirib.
Bununla belə, o, "Brexit"in bankına nə cür təsir göstərəcəyi barədə danışmayıb. C.Krien sadəcə qeyd edib ki, yaxın həftələr ərzində maliyyə bazarlarında qeyri-sabitlik artmaqda davam edəcək. Amma onun fikrincə, Aİ-nın siyasəti də sabit qalmayacaq. "Deutsche Bank"ın rəhbəri qurumu öz institutlarını yenidən qurmağa çağırıb(Report).
Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada ölkənin Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirilib. İyunun 24-də elan olunmuş nəticələrə görə, britaniyalıların 51,9%-i ittifaqı tərk etməyin lehinə səs verib. Bu qərar beynəlxalq maliyyə və xammal bazarlarında, həmçinin investorlar və analitiklərdə şok yaradıb.