İordaniyadan İrana GÖZDAĞI

18-05-2024, 11:44           
İordaniyadan İrana GÖZDAĞI
İordaniya İranın təhdidlərinin qarşısını almaq üçün ərəb ölkələrindən kömək istəyib.

İordaniya kralı ikinci Abdullah Bəhreynin paytaxtı Manamada İsrail-Fələstin münaqişəsi ilə bağlı keçirilən görüşdə iştirak edib.

Görüşdə İkinci Abdullah çıxışı zamanı ərəb ölkələrini Suriyanın cənubunda İrana bağlı yaraqlılar tərəfindən narkotik və silah qaçaqmalçılığının dərəcədə artmasına qarşı mübarizə aparmağa çağırıb.

“Biz qanundankənar cinayətlər törədən yaraqlılar, xüsusən İordaniyanın illərdir qarşısını aldığı narkotik və silah ticarəti halları ilə mübarizə aparmalıyıq”,–deyə İordaniya kralı vurğulayıb. Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd də Manamada keçirilən konfransda iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru