AMEA-da 2 alim arasında qalmaqal davam edir... FOTO/VİDEO

18-05-2024, 10:45           
AMEA-da 2 alim arasında qalmaqal davam edir... FOTO/VİDEO
Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru

Hakim Şəhla Süleymanovanın Xeyrimə olan Qərarı və "Südqabısı" ...
Əziz oxucum!
Məni tanıdığınızı, xarakterimə bələd olduğunuza bələd olsam da geniş ictimaiyyət üçün bildirirəm ki, mən inanclı adamam. Allaha inanan nəslin övladıyam. Andımız Allah olub! Şkayətlərimiz Allaha olub! Ailəmizdə uşaqlıqdan bizə “Allah haqqı”- deyildisə, yalan olmaz, hər şey ideal düzgün, saf, - olmalı “dərsi” öyrədilib. Bir də Quran haqqı! Bizim həyat məktəbimiz dini inancımız, qanunlar kodeksimiz Quran, müəllimimiz müdrik valideynlərimiz olub!
Beləcə, mən nəsildən gəlmə Allahdan qorxan adamam. Indi, hər gün sürətlə Allahın “cəhənnəm alovuna, qıl körpüsünə yaxınlaşdıqca” daha çox qorxuram Allahdan.
Ona görə də nəinki qul haqqı yemək, ən çətin vəziyyətimdə belə kiminsə haqqını taptalamaram! Heç kimə ən xırda böhtanı belə atmaram! Yalan! Bu mənim həyatda ən qatı düşmənimdir.
Bunları yazıram ki, bəhs edəcəyim hadisəni olduğu kimi yazdığıma əmin olasız. Məhkəmə adlanan haqq-ədalət məkanında cərəyan edən, hər halda mənim canlı şahidi olduğum növbəti ədalətsizliyə inanasız. Göydə Allah hökm verir, yerdə məhkəmə hakimi. Ancaq mən Allahın və dövlətin hakim qədər yüksək ada layiq bildikləri bir çoxlarının “nöqtə-vergülünə” kimi saxtakalığına da, hiyləgərliyinə də, qeyri-müstəqilliyinə də, hətta qoçuluğuna da və s. uyğunsuz kriteriyalarına şahid olmaqla bu qənaətə gəlmişəm ki, hamı qarşılaşdığı məhkəmə ədalətsizliyindən, hakimlərin qanunları taptalamasından yazmalıdır ki, bəlkə Avropa məhkəməsinin tənqidlərindən xilas ola bilək. Əlbəttə, deyə bilərsiz ki, “quyuya su tökməklə quyu sulu olmaz!”... Yox, XXI əsrdə hər şey mümkündür... “Quyuların sulu olması”, həm də “bu quyuların sulu” olması lap asandıır. Söz- tənqid ən güclü silahdır. Tarixdə dövrlər olub ki, cəmiyyət sözün- tənqidin qüdrəti ilə gerilikdən qurtulub. Müqəddəs buyuruq var: “Haqlısansa qorxma, Haqq səni qoruyacaq!.. Bizim ölkənin prezidenti, cənab İlham Əliyev də bizlərə gördüyümüz nöqsanları işıqlandırmağı tapşırıb. Çox işıqlandırsaq, “quyular sulu” olar, lap fontan vurar.
Məhz bu hisslərlə Sizlərə vəd etdiyim Anonsunu verdiyim Hakim Şəhla Süleymanovanın Xeyrimə olan Qərarı və "Südqabısı" ... məsələsinin “HAKİM AR CPM-nin 293 və 302-ci maddələrinin KONKRET hansı Bəndlərini RƏHBƏR TUTUB GÖRƏSƏN?!” başlıqlı yazısıma keçid alıram.
Beləki, mənim Azərbayan Dövləti və Xalqı əleyhinə çıxışlar edən və erməni mövqeli İllik Plan işi və 1 məqaləsinə görə rəhhbərlik etdiyim şöbədən kənarlaşdırdığım Aydın Arif oğlu Əli-Zadə barədə verdiyim ikinci Xüsusi İttiham Qaydasında (147. 2, 7148) Şikayətə Səbail rayon məhkəməsində 22 aprel 2024-cü il tarixdə baxılmış və Şikayət icraata alınmamışdır.
Əvvəldə də deyirəm, davamda da deyəcəyəm, sonda da – minnətdaram!

Bu məqamda qədim bir misal var. Düzü bu yaşıma qədər heç kəsdən eşitməmişəm. Bu misal da mənə ailə yadigarıdır. Atam məntiqimizi yoxlamaq üçün danışmışdı. ... “Bir padşah olur. Bir gün keşikçisi gecənin bir yarısı həyəcanla yanına gəlib deyir ki, yatmışdım, yuxuda gördüm ki, üstümüzə ordu gəlir. Padşah əmr verir, ordusu döyüşə hazır olur və həqiqətən qəfildən ərazisinə hücum olur. Hazırlıqlı ordu düşməni sərhəddindən qovur. Sakitlik yarandıqda padşah ziyafət təşkil edir. Döyüşdə zəfər çalan sərkərdələrini təltif edir. Padşahın düşmənin hücuma gəldiyini deyən keşiksini 2 qızıl kisəsi ilə təltif edib həm də işdən qovması hamıda maraq doğurur” .
Padşah niyə belə edir? Bizə uşaqlıqda verilmiş bu məntiq sualına indi xatirimdə deyil, hansımız düzgün cavab vermişdik. Amma cavab bundan ibarətdir ki, padşah keşikçisinə qızıl kisələrini mühüm xəbərinə görə verirsə, onu işdən “keşikçi yatmaz” fikrinə görə qovur...
Mən də bu müdrik misala uyğun olaraq Səbail rayon məhkəməsinin hakimi Şəhla Süleymanovaya Şikayətimi icraata almamaqla məni bu məhkəmədə baxışdan xilas etdiyinə görə həm minnətdaram, həm də ondan qanunları taptalayan, - “ikiüzlü”, saxta Qərarına görə narazıyam.

[thumb=left]https://cahanplus.com/uploads/posts/2024-05/1715680861_sebail-rayon mehkemesi275773309_100618649264966_6365754934717161255_n.jpg[/thumb]
Beləliklə, Səbail rayon məhkəməsinin hakimi Şəhla Süleymanova bu iş üzrə birinci hazırlıq iclasında ittiham olunan şəxsə təyin olunmuş vəkilin işlə tanış olması əsası ilə iclası təxirə saldı. 22 aprel tarixində keçirilən 2-ci hazırlıq iclasında ittiham olunan şəxsə təyin olunmuş vəkil gəlməmişdi. Hakim Şəhla Süleymanova iclas katibinə vəkilin telefonuna zəng vurdursa da o cavab vermədi. Sonra hakim mənim İttihamımı müdafiə etməyimə mane olunmaması (çünki mənə bu şəxs barədə 1-ci ittiham şikayətimdə hakim Azər Tağıyev tərəfindən böyük haqsızlıqlar edilmişdi, onun bu prosesə təsir edəcəyini düşünürdüm...) barədə məhkəməyə yazdığım məktubu oxudu.
Daha sonra mən hakimdən məktubumda yazdıqlarıma əsasən Müddəalarımın protokola daxil edilməsi məqsədi ilə çıxış istədim, İttiham olunan şəxs Aydın Əli-Zadə də hakimdən çıxış istədi. Hakim “hələ ki, məhkəmə aidiyyəti məsələsinə” baxırıq, deyib, Qərarda da “Müəyyən etdi” hissəsindən sonra yazdığı abzasda olduğu kimi mənim Şikayət Ərizəmdə onun ünvanının Xəzər rayonu Mərdəkan qəsəbəsi bağlar sahəsi “xxx” saylı bağ olduğunu yazdığımı bildirərək Aydın Əli-Zadədən dəqiq ünvanını soruşdu. O, həm qeydiyyada olduğu ünvanda, həm də həmin bağda yaşadığını deyib, təkidlə İŞƏ Səbail rayon məhkəməsində baxılmasını istədiyini bildirdi. Mən onun məhkəməni aldatdığını, mənə bu barədə (ünvanın işə tikildiyi yazılmış) DİN Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Anar Mirhəsənovdan məktub gəldiyini diqqətə çatdırdım. Hakim bu zaman Aydın Əli-Zadədən qeydiyyatda olduğu mənzilin telefonunu soruşub, katibinə həmin telefona zəng etdirdi. Cavab verən olmadı. Bundan sonra barəsində İttiham qaydasında şikayət verdiyim Aydın Əli-Zadə yenə Şikayətə Səbail rayon məhkəməsində baxılmasını təkid etdi. Hakim Şəhla Süleymanova ona “biz məhkəmə aidiyyəti məsələsinə görə məsuliyyət daşıyırıq. Bizi yuxarıdan yoxlayırlar, sonrası məhkəmənin, hakimin nə fərqi, işlərə qanunla baxılır”, deyib, - müşavirə otağına getdi.

Hakim Müşavirə otağından qayıtdıqdan sonra mənim Aydın Arif oğlu Əli-Zadə barədə verdiyim Xüsusi İttiham Qaydasında şikayətə onun axırıncı yaşayış yerinin dəqiqləşdirilməsi əsası ilə İcraata alınmasından imtina edildiyi Qərarını Elan etdi.
Elə ona görə də məhkəmə zalından çıxarkən mən hakim Şəhla Süleymanovaya ədalətli Qərarına görə təşəkkür etdim. Bunun səbəbi vardı!.. Çünki mən Səbail rayon məhkəməsində hakim Azər Tağıyevin Aydın Əli-Zadə ilə onun mənim barəmdə Şikayət verdiyi vaxt mənim ünvanım Nizami rayonu olduğu halda İşi qəbul etməsi, İşi e.mehkeme portalına yerləşdirməməsi, mənə göndərməməsi, məni 1-ci hazırlıq iclasına çağırmaması, sonra mən bunları mediada tənqid etdikdə 2-ci hazırlıq iclasında mənimlə kobud davranması, mənə təhdid ruhda “məni tanımırsan”,-deməsi, nəhayət mən Aydın Əli-Zadə barədə 1-ci Xüsusi ittiham qaydasında şikayət verdikdə mənə qarşı zorakılıq belə etməsindən (ittihamçı idim, hakim qərəzindənsəhhətim pisləşidi, iclasdan çıxıb getmək istəyirdim, Azər Tağıyev sanki əlinə keçmiş xəzinəni ondan alırmışam kimi məni iri cüssəsindən, ağır çəkisindən istifadə edib zala geri qaytardı!.. AŞPA-ya şikayət etmişəm!

Bu hadisədən sonra həmin hakimin bu şikyətimə düzgün baxılmasına imkan verməyəcəyini ehtimal edirdim. Bunu hakim Şəhla Süleymanovaya 2 hazırlıq iclasında demişdim, məhkəməyə ünvanladım çoxsayda məktublarımda ifadə etmişdim. Hətta məqalələrimdə də dəfələrlə vurğulamışdım. Məhkəməyə 2-ci Şikayətimi göndərəndə xüsusi xahiş etmişdim ki, bu dəfə İş hakim Azər Tağıyevə “düşməsin”. Yəni bu gün də o fikirdəyəm ki, mənim dövlətimizin əleyhinə çıxışlar edən, erməni düşüncəli Aydın Əli-Zadə barədə Səbail rayon məhkəməsinə lap 10-cu şikayətim olsa hakim Azər Tağıyev onu müdafiə edəcək! Şübhəm də bu hakimin 7 dekabr 2023-cü ildə onunla məndən – ittiham olunandan xəbərsiz hazırlıq iclası afdı ilə təklikdə görüşməsi və digər prosidur qaydaları pozmasından qaynaqlanır.
Qanunlar da tələb edir ki, məhkəmələr məhkəmə aidiyyəti məsələsini diqqətdə saxlamalıdırlar. Hakim bu məzmunda təhlili, yanaşması ilə gözümdə ucaldı. Lap aydın ifadə etsəm, mən Xüsusi ittiham qaydasında Şikayət ərizəmdə barəsində şikayət verdiyim şəxsin faktiki ünvanını Xəzər rayonu göstərmişəmsə, Səbail rayon məhkəməsinin qanunlara hörmətli, məsuliyyət hiss edən hakimi əlbəttəki, İşi icraata almamalıdır. Həmçinin iclas keçirməməlidir. O da iclas keçirmədi, dinləmələr etmədi. Deməli, düzgün mövqe gpstərdi. Ona görə də mən hakimə zalda da təşəkkür etdim, minnətdarlıq bildirdim. Hətta Dua elədim... Evə gələndən sonra Facebook sosial şəbəkəsində də hakim Şəhla Süleymanovanı təriflədim, ona yenə təşəkkür etdim.

Bəli!.. Bu yazıda hakim Şəhla Süleymanovanın təəssüf doğuracaq, Türk soydaşlarımız demişkən, “məni xəyal qırıqlığına uğradacaq” qanunları taptalamasından, özünü təkzibindən, “ikiüzlü”, saxta – e.mehkeme portalına yüklədiyi “erməni budaq cümləsi – nöqtə-vergülsüz 1 cümləlik”Yekun Məhkəmə Atından” bəhs edəcəyəm.

Əvvəla qeyd edim ki, Şəhla Süleymanova məndə xoş təəssürat oyatmışdı. Sadə, səmimi, mehriban çöhrəsi və hər iki hazırlıq iclasında müşahidə etdiyim (mənim kimi) xəstə halı onu mənə sevdirmişdi. Hazırlıq İclaslarında mən “Şəhla Süleymanovayam”,- deyərkən Allaha şükürlər etmişdim ki, o, müstəqildir. İçimdə hakimlərə, xüsusilə gənc qadın hakimlərə inamsızlığıma görə peşman da olmuşdum...
Ancaq həyat və eləcə də məni Avropa məhkəməsinə “aparan” məhkəmə - hakim haqsızlığı təcrübəm məntiqlə təsəvvürümdə yanıla bilməyəcəyimi diktə edirdi və 1-2 saat sonra telefonuma Səbail rayon məhkəməsindən mesaj gəldikdə “rəydə tələsdiyim”,- təsdiqləndi. Mən “e.mehkeme” portalına daxil olub hakim Şəhla Süleymanovanın Yekun məhkəmə Aktı yerləşdirdiyini öyrənib, sənədi kompüterimə yüklədim. Sənədlə tanış olduqda sözün hərfi mənasında hakimlərə, xüsusilə gənc qadın hakimlərə inamsızlıqda yanılmadığım təsdiqləndi.


Əziz oxucum!
Baxın, görün hakim Şəhla Süleymanova Zalda Elan etdiyi - MƏHKƏMƏ AİDİYYƏTİ ƏSASI ilə İcraata almaması Qərarını e.mehkeme portalında necə böyük saxtakarlıqla dəyişmişdir: Yəni o, e.portalda Nəticə hissəsində “Nəticə
Şikayətin icraata qəbulundan imtina edildi cinayət hadisəsi və ya əməldə cinayət əlamətləri olmadıqda” cümləsini yazmışdı.
Bu saxtakarlıq idi. Dövlət adından qəbul edilmiş bu Qərar “ikiüzlü” idi... Necə yəni, “Nəticə Şikayətin icraata qəbulundan imtina edildi cinayət hadisəsi və ya əməldə cinayət əlamətləri olmadıqda”!
İttihamçı və ittiham olunan dindirilmədən, Konkret ittiham müddəaları səslənmədən, qiymətləndirilmədən, üstəlik ittiham olunan şəxsi müdafiə etməli Vəkil olmadan belə bir Nəticə - Yekun nməhkəmə aktı qəbul olunur və ildırım sürəti ilə - elə həmin gün e.mehkeme portalına həm bu Nəticə, həm də Qərar yüklənir?! “Sürətin” özü də öz maraqdan xəbər verir. İkincisi, 147.2, 148-ci maddələrdə hansı cinayət əsasdırsa mən Şikayətimdə sübutlarımı bənd-bənd göstərmişəm. Məsələn, Aydın Əli-Zadə öz Facebook səhifəsinə məni əxlaqsız məzmunda statusla təhqir edib. BULƏYAQƏTSİZ BU ADAMI MƏN HARDA GÖRMÜŞƏM Kİ, HƏMİN DİALOQ DA OLMUŞ OLSUN?! DEMƏLİ, BU HƏM TƏHQİR HƏM DƏ BÖHTANDIR. Hakim isə ona tərəfkeşliklə yazır ki, əməldə cinayət tərkibi olmadıqda...

Digər bir böhtan müddəası faktı: Aydın Əli-Zadə mənə belə bir böhtan atıb ki, O Məni Qeyri-Qanuni Fəaliyyət Göstərən Cahanplus.Com Saytında Barəsində Böhtan, Təhqir Məzmunda Silsilə Yazılar Yazdığıma Görə Məhkəməyə Verib.
AĞ YALANDIR. MƏN ONUN BARƏSİNDƏ DƏQİQ FAKTLARLA 2023-CÜ İLİN 11 FEVRAL tarixində məqalə yazmışam. O, bu yazıdan 11 ay sonra məni məhkəməyə verib. Bundan sonra mən onun Azərbaycan Dövləti, Azərbaycan Xalqı əleyhinə fəaliyyəti haqqında tutarlı faktlarla 15-ə yaxın geniş həcmli məqalə yazmışam. Sübutlarla heç etmişəm onun Şikayətindəki bütün müddəaları. Ancaq o, nəinki Apellyasiya şikayəti, heç 15 ayrı-ayrı mövzularda tənqidi məqalələrdəki ittihamlarla bağlı mənim barəmdə məhkəməyə yeni şikayət verməyib. Çünki qorxub mənim faktlarımın istintaqa göndərilməsindən və layiqi cəzasını almasından! Əksinə mənim e.mailimə 2 məktub yazıb ki, “gəl bu işi bitirək”. Mən isə onun erməni şüurunun yaltaqlıq taktikasını rədd edib məhkəmələrə, AR Baş Prokurorluğuna, AR Təhlükəsizlik Xidmətinə, AR DİN və başqa qurumlara şikayətlər etmişəm!.. Çünki mən haqlıyam! Məsuliyyət hissi ilə onu da diqqətə çatdırıram ki, Vətənə Xəyanət maddəsi ilə həbs edilən Nəzakət Məmmədovanın cinayəti Aydın Əli-Zadənin vətənə xəyanət faktları ilə müqayisədə yüngüldür. Hazırda ciddi işlərim var. Yaxın müddətdə Aydın Əli-Zadənin vətənə xəyanət faktları əsasında yazdığım çoxsaylı məqalələrdən materialları götürüb media üçün Aydın Əli-Zadə və Nəzakət Məmmədovanın vətənə xəyanət faktları müqayisəli təhlil” başlıqlı yazı yazacağam. Onda mənə bu erməni şüurlu, erməni mövqeliyə görə zorakılıq etmiş hakim də, ikiüzlü qərar çıxarmış Şəhla Süleymanova da və digərləri “kimi” müdafiə etdiklərini bilərlər...

Sonra Aydın Əli-Zadə özü “A-Z” Azərbaycanda hər şeyi tənqid edir. “Azərbaycanlıları ancaq əzmək lazımdır”, Türklər qırılmalıdır”, “Türklər, Azərbaycanlılar “oğ - şdır”, “Azərbaycan bu torpaqlara gəlmədirlər”, “Azərbaycan dünyaya heç nə verməyib”, “Azərbaycanlılar monqol köçmənləridirlər”, “Midiyanın, Albaniyanın Azərbaycana aidiyyəti yoxdur”, “Türklər ””“İslam türklərin dini deyil”, “Savaş deyəndə, bilirsizmi hansı dövlət qarşınızdadır” və s. 100-lərlə dağıdıcı yazı yazır, ancaq məni ciddi elmi nöqsanları tənqid etdiyim üçün “dağıdıcı” fəaliyyət göstrən adlandırır. Bu sözsüz olaraq böhtan və təhqirdir.


Ancaq hakim Şəhla Süleymanova nə məni, nə onu dinləmədən yalandan yazıb ki, “Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Əli-zadə Aydın Arif oğlu ... şikayəti qəbul etmədiyini, şəxsin ünvanına nalayiq ifadələr işlətmədiyini məhkəməyə bildirmişdir”.Yalandır bu cümlə!.. Gerçəklik budur ki, Aydın Əli-Zadə hakimə 3 cümlə danışmağa icazə verin, desə də hakim hələ məhkəmə aidiyyəti məsələsini həll edirik, deyib onu danışmağa qoymadı.

Qərarda da bu yalan cümlədən əvvəl “Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş Quliyeva Xatirə Nəcəfqulu qızı Baş Prokurorluqdan onun elektron ünvanına məktub gəldiyini, həmin məktubda barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Əli-zadə Aydın Arif oğlunun ünvanının Mərdəkan olduğunun dəqiqləşdirildiyini bildirərək, onun ünvanınının dəqiqləşdirilməsi zərurətinin olduğunu məhkəməyə bildirmişdir”- yazmışdır. Bu abzasdan sonrakı abzaslarda da aşağıda qeyd etdiyim kimi məhkəmə aidiyyətindən bəhs olunur..
Beləliklə, mən e.mehkeme portalında həqiqətə uyğun olmayan Yekun Məhkəmə Aktının məzmununu oxuduqdan sonra təbii, məhkəməyə zəng etdim. İradımı bildirdim. Hakimin telefonuna cavab verən katib dedi ki, “Qərar çıxandan sonra fikir bildirərsiz”...
Məlumdur ki, qanuna müvafiq olaraq hakimlər Qərarı 5 gün müddətinə hazırlayaraq e.mehkeme portalına yerləşdirirlər. Ancaq hakim Şəhla Süleymanova Yekun Məhkəmə Aktı saxta, ikiüzlü mahiyyət və məzmunda olan “Məhkəmə Qərara Alir” hissəsinə kimi(qaralanmış 302.1.6-ci maddə ilə bağlı bir cümləni çıxmaqla) heç də dərin hüquqi qanuna müvafiq olmasa da hər halda obyektiv Qərarını e.mehkeme portalına elə həmin gün 22 aprel 2024-cü il tarixdə iki dəfə “Qərar - İmzalandı” yazaraq deməli, çoxdan hazır olduğunu təsdiq edir) Qərarını yerləşdirmişdir.
Beləki, Qərarla tanış olduqda hakim Şəhla Süleymanovanın Şikayətin məzmununu şərhindən sonra Qərarda (Qərarı əlavə edirəm) məhkəmə zalında Elan etdiyi kimi məhkəmə aidiyyəti məsələsi qanunlarla əsaslandırmışdır. Həmin abzasları təqdim edirəm:
1. “Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş Quliyeva Xatirə Nəcəfqulu qızı Baş Prokurorluqdan onun elektron ünvanına məktub gəldiyini, həmin məktubda barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Əli-zadə Aydın Arif oğlunun ünvanının Mərdəkan olduğunun dəqiqləşdirildiyini bildirərək, onun ünvanınının dəqiqləşdirilməsi zərurətinin olduğunu məhkəməyə bildirmişdir”.

2. "Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əli-zadə Aydın Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Quliyeva Xatirə Nəcəfqulu qızı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə baxılması hansı Rayon Məhkəməsinin yurisdiksiyasına aid edildiyi dəqiq müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1 və 300.1.4- cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir; 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır.

3. Məhkəmə belə qənaətə gəlir ki, xususi ittiham qaydasında şikayətdə qeyd edilən hazırkı halda xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş məlumatların yayıldığı “Facebook” sosial şəbəkəsinin Azərbaycan Respublikasında hüquqi ünvanı mövcud deyildir. Belə olan halda barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Əli-zadə Aydın Arif oğlunun sonuncu yaşadığı ünvan dəqiq müəyyən edilərək ərazi yurisdiksiyasına aid məhkəməyə müraciət edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Əli-zadə Aydın Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Quliyeva Xatirə Nəcəfqulu qızı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir.

[b] Göründüyü kimi hakim ərazi yurisdiksiyasına aid məhkəməyə müraciət edilməsi məsələsini əsaslandırmışdır. Bundan başqa Qərarda bir bu qədər də Ərazi aidiyyəti maddələri şərh olunmuşdur. Məsələn, “Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əli-zadə Aydın Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Quliyeva Xatirə Nəcəfqulu qızı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə baxılması hansı Rayon Məhkəməsinin yurisdiksiyasına aid edildiyi dəqiq müəyyən edilməlidir.

Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1 və 300.1.4- cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir; 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır.”

Bəs Məhkəmə Aidiyyəti bu qədər əsasdırsa və hakim Şəhla Süleymanova demək olar ki, bütün Qərarını bu müddəaya “həsr etmişdirsə” bu nə qondarma müddəadır “302.1.6-ci maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir”?!

Kimsə düşünə bilər, mənə irad tutar ki, hakimdir, qanun maddələrini şərhlə daha obyektiv qənaətə gəlmək istəyir. Çox doğru, çox gözəl, ancaq axı hakim məhz bu müddəanı olduğu kimi E.mehkeme portalına Yekun Məhkəmə Aktı olaraq yerləşdirib!.. DEMƏLİ, MƏN HAQLIYAM. ONLARLA MƏHKƏMƏ QƏRƏARININ SONUNDA YAZILAN – MƏHKƏMƏ QƏRARA ALDI YARIMCÜMLƏSİNDƏN SONRA YAZILAN NƏTİCƏ E.MEHKEME PORTALINA YEKUN MƏHKƏMƏ AKTI, NƏTİCƏ kimi yüklədilir. BUDUR HAKİM ŞƏHLA MUSAYEVANIN BU İŞƏ BAXIŞDA QANUNLARA, HAQQA-ƏDALƏTƏ HÖRMƏTSİZLİYİ, SAXTA, İKİÜZLÜ QƏRARLA AŞPA deyən İNSAN HAQLARINI TAPTALAMASI!
SONRA!..
TEREF olaraq adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq!
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.