Moldova Rusiya səfirliyinin damındaki antenlər barədə izahat istəyir
26-07-2023, 00:12
Moldova Rusiya səfirliyinin damı ilə bağlı izahat istəyir Moldovanın Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsovu nazirliyə çağırmaq qərarına gəlib. Diplomatdan səfirliyin binasının damındakı “şübhəli avadanlıq” barəsində izahat tələb ediləcək. Moldova hakimiyyəti bu antenlərdən casusluq üçün istifadə edilməsinin mümkün olduğunu güman edir. Röyters”