Malinin yeni konstitusiyasının görə, 1960-cı ildən bəri istifadə etdiyi fransız dilinin rəsmi statusu ləğv edilib.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, keçirilən referendum nəticəsində 96,91% səslə qəbul edilən yeni konstitusiyaya əsasən, fransız dili artıq rəsmi dil deyil.
Bunun əvəzində, ölkədə danışılan digər 13 milli dil rəsmi dil statusu alıb.
Xatırladaq ki, 2020-ci ilin “Avqust çevrilişi” ilə hakimiyyətə gələn polkovnik Assimi Qoyta iyulun 22-də yeni konstitutsiyanı qəbul edərək Dördüncü Respublikanın qurulduğunu elan edib.