Liviya xarici işlər naziri Necla Manquş Liviyadan İrana 17 ildən sonra Xarici İşlər Nazirliyi səviyyəsində ilk səfərini edib.
Teref.az NTV-yə istinadən xəbər verir ki, Liviyadan İrana 17 illik fasilədən sonra xarici işlər naziri səviyyəsində ilk səfəri Liviyanın xarici işlər naziri Necla Manquş etdi.
İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Liviyanın xarici işlər naziri Mənquş və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında İranın paytaxtı Tehranda “ikitərəfli əlaqələr və regional məsələləri” müzakirə etdikləri açıqlanıb.
Açıqlamada, görüşdə İsveç və Danimarkada Qurana edilən hücumların pisləndiyi, bu mövzuda İslam ölkələri arasında birlik və həmrəyliyin vacibliyinə diqqət çəkilib.