Zelenski hərbi vəziyyətin uzadılması ilə bağlı qanun layihəsini Radaya təqdim edib

27-07-2023, 07:36           
Zelenski hərbi vəziyyətin uzadılması ilə bağlı qanun layihəsini Radaya təqdim edib
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin uzadılması və ümumi səfərbərlik haqqında qanun layihələrini Ali Radaya (parlament – red.) təqdim edib.

APA-nın Radanın saytına istinadla verdiyi məlumata görə, hər iki qanun layihəsi artıq Rada rəhbərliyinə baxılmaq üçün təqdim olunub. Sənədlərin mətnləri hələ dərc olunmayıb.

Deputat Yaroslav Jeleznyak bildirib ki, hərbi vəziyyət və ümumi səfərbərliyin noyabrın 15-dək uzadılması ehtimalı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru