ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İraqın devrilmiş lideri Səddam Hüseyni tərifləyib.
Axar.az ABC-ə istinadən xəbər verir ki, Tramp Səddamın terrorla mübarizədə uğurlu olduğunu etiraf edib:
“Hamı bilir ki, Səddam Hüseyn pis oğlan idi, amma o, bir işi çox yaxşı bacarırdı - terrorçularla çox gözəl mübarizə aparırdı. Buna görə o təqdirəlayiqdir”.