Prezidentin gizli şəkillərini yayan jurnal cərimə edildi

7-07-2016, 22:19           
Prezidentin gizli şəkillərini yayan jurnal cərimə edildi
Fransa prezidenti Fransua Ollandın, evil olmasına baxmayaraq, bir vaxtlar gizli eşq yaşadığı Culiya Gayetlə Yelisey sarayında çəkilmiş şəkillərini çap edən jurnala pul cəzası kəsilib.

Hafta.az “Voici” jurnalına istinadən bildirir ki, sözügedən şəkillər iki il öncə çəkilmişdi.
O da bildirilir ki, .əkilləri prokurorluğa göndərən president Ollandın hədəfində, əslində, jurnalı cəzalandırmaq istəyi çoxdan vardı. Nanterre şəhər məhkəməsinin hökmünə əsasən, jurnalın baş direktoru Rolf Heinz 1500 avri cərimələnib. Bundan əlavə, şəkli yaymaqla C.Gayetin özəl həyatına müdaxilə etdiyi üçün jurnalın rəhbəri prezidentin keçmiş arvadına da simvolik olaraq 1 avro ödəməlidir.
Xatırldaq ki, prezident Ollandın aktrisa C.Gayetlə gizli eşq yaşadığını ilk dəfə “Closer” jurnalı üzə çıxarmışdı. Bundan sonra president xəbəri etiraf etsədə, ona baha başa gəlmişdi. Belə ki, xəbəri alan Fransanın birinci xanımı Yelisey Sarayını tərk eləmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.