ABŞ bu raketləri Ukraynaya verməlidir - Petreus

10-09-2023, 19:14           
ABŞ bu raketləri Ukraynaya verməlidir - Petreus
Vaşinqton Kiyevə raket göndərməklə bağlı tərəddüd etməyi dayandırmalı, Ukrayna ordusuna döyüş təyyarələrinin çatdırılmasını sürətləndirməlidir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, ordunun istefada olan generalı Devid Petreus deyib.

“ABŞ ATACMS raketlərinin göndərilməsinə müqavimət göstərməyi dayandırmalı, digər liderlər isə öz dəstəyini artırmalıdır. Ümid edirəm ki, təyyarələr də nəzərdə tutulduğundan daha tez tədarük ediləcək”, - Petreus bildirib.

General İsveç hökumətini də “Gripen” qırıcılarını Ukraynaya verməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru