Şeyxin 119 metrlik yaxtasına 300 min dollarlıq yanacaq vuruldu

7-07-2016, 22:23           
Şeyxin 119 metrlik yaxtasına 300 min dollarlıq yanacaq vuruldu
İngiltərənin “Mançester Siti” futbol klubunun sahibi Birləşmiş Ərəb Əmirliklərinndən olan Şeyx Mansur Zeyid Əl-Nahyanın 149 metrlik uzunluğundakı “Topaz” lüks yaxtası Türkiyənin Marmaris körfəzində sahilə yan alıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyanın 10 ən böyük yaxtasından biri olan və qiyməti 400 milyon avro dəyərləndirilən nəhəng yaxta Marmaris limanına girməkdə çətinlik çəkdiyindən güclü mühərrikləri olan xüsusi gəmilər vasitəsilə yerli vətəndaşların və turistlərin qəribə baxışları altında sahilə gətirilib.

Yaxtaya 6 tankerlə Aliağa neft bazasından gətirilən 730 min lirəlik maye yanacaq doldurulub. Təxminən 5 saat çəkən prosesdən sonra şeyxin təxminən 1,5 milyon lirə ödədiyi bildirilir.

50 nəfər xidmətçisi olan və 6 lüks suit kabinetdən ibarət olan yaxta eyni vaxtda 12 qonaq qəbul edə bilir. Helikopter üçün xüsusi yeri olan gəmidə üzmə hovuzu, cakkuzi, yemək və toplantı salonu, iş otağı və su idman vasitələri yer alır.

Liman əməkdaşlarının sözlərinə görə, gəmi Marmaris sahilinə yan alan zaman Əl-Nahyan gəmidə olmayıb. “Topaz”ın yanacaq və ərzaq ehtiyatından sonra dənizə qayıdacağı bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.