Böyük 20-lik liderləri Qandiyə ehtiramlarını ifadə ediblər

11-09-2023, 09:13           
Böyük 20-lik liderləri Qandiyə ehtiramlarını ifadə ediblər
Böyük 20-lik liderləri sentyabrın 10-da Hindistanın Britaniya idarəçiliyindən azad edilməsində qeyri-zorakılıq yolunu tutmuş Mahatma Qandiyə Dehli şəhərində həsr edilmiş Raj Ghat Memorialına baş çəkiblər.

Dünya liderləri bu il Hindistanda keçirilən iki günlük zirvə toplantısında Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə bağlı birgə bəyanatla çıxış etməklə bağlı konsensusa nail olublar.

Sentyabrın 9-da dərc edilən bəyanat bir il öncə Balidə keçirilən zirvə toplantısı zamanı münaqişə haqda olan bəyanatdan daha yumşaqdır. Keçən il Böyük 20-lik Ukraynanı işğal etdiyinə görə Rusiyanı qınamış və qoşunlarını çıxarmağa çağırış etmişdi. Bu il isə blokun bəyanatında Rusiyanın Ukrayna ərazisində mövcudluğunun qınanılması daxil edilməyib.

Böyük 20-liyin bəyanatı yekdilliklə qəbul etməsi blokun hazırkı sədri Hindistan üçün böyük nailiyyətdir.

Buna baxmayaraq, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Facebook-da bəyanatın “qürur duyulası bir şey olmadığını” deyib.

Böyük 20-lik sentyabrın 9-da Afrika İttifaqının blokun ən yeni üzvü olacağını elan etdi. "Bu, Böyük 20-liyi gücləndirməklə yanaşı, Qlobal Cənubun səsini gücləndirəcək", Hindistanın baş naziri Narendra Modi əvvəllər Twitter kimi tanınan X sosial şəbəkəsində yazıb.

Blok həmçinin Yaxın Şərq və Cənubi Asiyanı birləşdirən və bir çox ölkənin ərazisindən keçən dəmir yolu və limanlar sazişini elan etdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru