Baş nazirin təyyarəsində nasazlıq yarandı - Hindistanı tərk edə bilmədi

11-09-2023, 11:24           
Baş nazirin təyyarəsində nasazlıq yarandı -
Kanadanın baş naziri Castin Trüdonun təyyarəsində texniki nasazlıq yaranıb.

Cebhe.info xəbər verir ki, o, bu səbəbdən G20 sammiti üçün getdiyi Hindistandan geri qayıda bilməyib.

Bildirilir ki, uçuş təxirə salınıb.

Yeni Dehlidə keçirilən G20 sammitində iştirak edən Trüdo yerli vaxtla bazar günü axşam Hindistanı tərk etməli idi.

"Bu məsələlər dərhal həll olunmur, alternativ tədbirlər görülənə qədər nümayəndə heyətimiz Hindistanda qalacaq", - Baş Nazirin ofisinin bəyanatında deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru