Britaniyadan Çinə ittiham: Parlamentin işinə qarışır

11-09-2023, 12:14           
Britaniyadan Çinə ittiham: Parlamentin işinə qarışır
London Pekinin ölkə parlamentinin işinə müdaxilə cəhdlərindən narahatdır.

Bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak G20 sammiti çərçivəsində Çinin Baş naziri Li Tsianla görüşü zamanı bildirib.

Bir müddət əvvəl Böyük Britaniyada Çinin xeyrinə casusluqda şübhəli bilinən iki nəfərin saxlanıldığı məlum olub.

Sunak bildirib ki, o, Çinin parlament demokratiyasına müdaxiləsindən “dərin narahatdır”.
Baş nazir bu cür hərəkətləri “açıq şəkildə qəbuledilməz” adlandırıb. Sunakın sözlərinə görə, “düzgün yanaşma üz-üzə danışmaqdır”.

Mənbə: rbc.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru