Haaqada yolu bağlayan 500 fəal saxlanıldı

11-09-2023, 14:34           
Haaqada yolu bağlayan 500 fəal saxlanıldı
“Extinction Rebellion” təşkilatının ətraf mühit fəalları tərəfindən Haaqada keçirilən növbəti etiraz aksiyası zamanı hökumətdən ənənəvi yanacaq hasilatı və istifadəsi sektorlarına subsidiyaların verilməsini dayandırmağı tələb edən 500-dən çox insan saxlanılıb.

Bu barədə Niderland polisi məlumat yayıb.

“Ardıcıl iki gün ərzində fəallar Haaqanı Amsterdam və Rotterdam da daxil olmaqla digər böyük Niderland şəhərləri ilə birləşdirən A12 şossesini bağladıqdan sonra müdaxilə etməyə məcbur olduq”, - deyə polisin açıqlamasında bildirilir.
Saxlanılanlar arasında 4 azyaşlı da var.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru