Braziliya prezidenti Putinin həbsini istisna etməyib

12-09-2023, 08:34           
Braziliya prezidenti Putinin həbsini istisna etməyib
Braziliya prezidenti Luiz İnasio Lula da Silva rusiyalı həmkarı Vladimir Putinin gələn il Rio-de-Janeyroda keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə həbs oluna biləcəyini istisna etməyib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, müvafiq qərarı hökumət deyil, məhkəmə verəcək. Maraqlıdır ki, Luiz İnasio Lula da Silva bu bəyanatı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs tələbinə baxmayaraq, Putinə tam təhlükəsizlik zəmanəti vəd etməsindən bir qədər sonra səsləndirib.

“Braziliyada onun həbs edilib-edilməyəcəyini bilmirəm. Qərarı hökumət deyil, məhkəmə sistemi verir”, – deyən Braziliya prezidenti açıq şəkildə əvvəlki sözündən geri çəkilib. Dünən jurnalistlərə açıqlamasında Lula bildirmişdi ki, Putin Braziliyada həbs olunmayacaq, ona görə də rahatlıqla G20 sammitinə gələ bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru