Moskvada “Ded Xasan”ın yaxın adamı yoxa çıxdı

8-07-2016, 09:05           
Moskvada “Ded Xasan”ın yaxın adamı yoxa çıxdı
Moskva vilayət məhkəməsində mərhum kriminal avtoritet Aslan Usoyana (“Ded Xasan”) yaxın olan “qanuni oğru” Artyom Arakelyanın (Artyom Lipetski) və “avtoritet” Denis Paninin səs-küylü məhkəməsi olmalıydı. Amma…
Virtualaz.org “Rosbalt”a istinadən bildirir ki, məhkəməyə aparılarkən Panin yolda müəmmalı şəkildə yoxa çıxıb. Situasiyaya yaxın mənbənin dediyinə görə, Panin ilkin istintaq dövründə “Matrosskaya tişina”ın təcridxanasında saxlanılıb. Lakin sonradan onu 4 saylı həbsxanaya köçürüblər.
Məlumata görə, 4 saylı həbsxanada onu məhbusları daşıyan xüsusi maşına mindiriblər. Ancaq o məhkəməyə gəlib çıxmayıb. O vaxtdan iki həftə keçib. Amma hələ də bilinmir ki, Paninlə bağlı nə baş verib.
Məlum olan yalnız budur ki, o hazırda paytaxtdakı həbsxana və təcridxanaların heç birində yoxdur. Xatırladaq ki, dəfələrlə həbs olunmuş Panin 2013-cü ilin yanvarında snayper tərəfindən güllələnən “Ded Xasan”ın ən yaxın, etibarlı adamlarından biri olub və onu müxtəlif riskli görüş və danışıqlarda müşayiət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru