Böyük Britaniya hökumətinə tarixdə ikinci dəfə – Qadın rəhbərlik edəcək

8-07-2016, 09:33           
Böyük Britaniya hökumətinə tarixdə ikinci dəfə – Qadın rəhbərlik edəcək
Böyük Britaniyanın Mühafizəkarlar partiyasının rəhbəri və ölkənin baş naziri qadın olacaq.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, belə nəticəyə mühafizəkar deputatların keçirdiyi səsvermənin ikinci raundunun yekunundan sonra gəlinib. Məlumata görə, partiya liderinin müəyyənləşdirilməsi üzrə keçirilən kampaniyanın finalına iki qadın lider yüksəlib – 199 səs toplamış DİN rəhbəri Tereza Mey və 99 deputatın etimadını qazanmış energetika nazirinin müavini Andrea Lidsom.

Böyük ehtimalla məhz Tereza Mey Böyük Britaniyanın növbəti baş naziri seçiləcək.

Qeyd edək ki, Böyük Britaniyanın tarixində bundan öncə baş nazir vəzifəsində çalışmış ilk qadın Marqaret Teççer olub (1979-1990).

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın 9-dək elan ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru