ABŞ-da aksiya zamanı iğtişaş - 4 nəfər güllələndi, 11 yaralı var (Yenilənib)

8-07-2016, 11:46           

Dallasda afroamerikanların öldürülməsinə qarşı etiraz aksiyası zamanı iğtişaş baş verib.

AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 polis əməkdaşı güllələnib, daha 11 nəfər yaralanıb.

Polisləri öldürməkdə şübhəli bilinənlərdən biri dərhal təslim olub. Digər şübhəli isə uzun müddətli atışmadan sonra xüsusi təyinatlılar tərəfindən saxlanılıb.

Qeyd edək ki, aksiyalar bütün ABŞ ərazisində davam edir. Bu etirazlar 2 qaradərili ABŞ vətəndaşının Minnesota və Luiziana ştatlarında polis tərəfindən öldürülməsindən sonra başlayıb. Onlardan birinin maşını polis tərəfindən yoxlanmaq üçün saxlandıqdan sonra güllələndiyi bildirilir. Hər 2 ölüm faktı ilə bağlı istintaq aparılır.

Öz növbəsində ABŞ prezidenti Barak Obama amerikan polislərin qaradərililəri ağlara nisbətən 2 dəfə çox öldürdüklərini qeyd edib.

09:48
***

Dallasda baş verən atışmadan sonra saxlanılan şəxs şəhərdə bombalar yerləşdirdiyini bildirib.

AzNews.az xəbər verir ki, bu barədə CNN məlumat verib. Məlumata görə, saxlanılan şəxs şəhərin müxtəlif yerlərində bomba yerləşdirdiyini və daha çox polis əməkdaşının zərər çəkəcəyini qeyd edib.

Qeyd edək ki, ABŞ hakimiyyəti Dallas üzərindən uçuşları təxirə salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru