Bu ölkədə məktəblərdə niqab qadağan edildi

14-09-2023, 12:20           
Bu ölkədə məktəblərdə niqab qadağan edildi
Misir hökuməti orta və ali məktəblərdə qızların niqab taxmasını qadağan edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, yeni qaydalar sosial mediada geniş müzakirələrə səbəb olub.

Bir çox istifadəçi qadağanı təzyiq kimi qiymətləndirib, digərləri isə ona dəstək verib.

Misirin Təhsil Nazirliyi bildirib ki, “təhsil ocaqlarında niqablı qızların olması qəbuledilməzdir”. Tələbələrə məktəb və universitetlərə hicabla gəlməyə icazə veriləcək, lakin bu, nazirlik və yerli təhsil müdirliyi tərəfindən müəyyən edilən rəngdə olmalıdır.

Bundan başqa, valideynlər öz qızlarının hicab seçiminə müdaxilə etməməli, onların saçlarını örtməsi sərbəst olmalıdır. Yeni qaydalar cari tədris ilinin əvvəlindən - sentyabrın 30-dan 2024-cü ilin iyununa qədər qüvvədə olacaq. Qərar həm dövlət, həm də özəl məktəblərə şamil ediləcək.

Yeni geyim qaydalarını tənqid edənlər sosial mediada hökuməti qadınların hüquqlarına müdaxilə etməkdə ittiham ediblər. Niqabın qadağan edilməsinə dəstək verənlər isə bu addımı qadın azadlıqları sahəsində mühüm yenilik kimi qiymətləndiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru