Fransanın Respublikaçılar partiyasının lideri: “Biz rüsvay və darmadağın olduq”

1-10-2023, 09:33           
Fransanın Respublikaçılar partiyasının lideri: “Biz rüsvay və darmadağın olduq”
“Fransanın Nigeri tərk etməsi Paris üçün rüsvayçılıq və böyük məğlubiyyət idi”.

Bu fikri Fransanın Respublikaçılar partiyasının lideri Erik Siotti “Le Parisien” qəzetinə müsahibəsində deyib.

“Biz rüsvay və darmadağın olduq. Bu, Fransanın Afrikadan yoxa çıxması ilə nəticələnən uzunmüddətli siyasi prosesin nəticəsidir”, - deyə o, bildirib.

Siottinin fikrincə, Afrika qitəsini tərk etmək Fransa üçün ciddi nəticələrə və onun təsirinin azalmasına səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru