BMT əfqan qaçqınlara görə Pakistana müraciət ünvanlayıb
8-10-2023, 12:04
Birləşmiş Millətlər Təşkilatı (BMT) Pakistandan əfqan qaçqınları ölkədən deportasiya etməməyə çağırıb.
BMT bununla bağlı rəsmi İslamabada müraciət də ünvanlayıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı həmçinin qeyd edib ki, “Taliban”ın siyasətinə görə vətənlərində risk altında olan şəxslərin deportasiyasına Pakistan xüsusi diqqətlə yanaşmalıdır. Mənbə: Sputnik Əfqanıstan