İrana zərbələr endirməliyik - ABŞ senatoru

9-10-2023, 08:56           
İrana zərbələr endirməliyik -
Livan Hizbullahı İsrail və HƏMAS arasındakı müharibəyə müdaxilə edərsə, biz - Amerika Birləşmiş Ştatları İrana qarşı hərbi cavab verməliyik.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem bildirib.

Qrehem bildirib ki, ABŞ sözügedən halda İranın dörd neft emalı zavodunu vurmalıdır.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 700-dən çox sakin ölüb, 2,2 mindən çox insan yaralanıb.

İsrail ordusu cavab tədbirləri həyata keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru