Belçikanın Baş naziri isveçli azarkeşlərin öldürülməsi ilə bağlı başsağlığı verib - FOTO

17-10-2023, 12:04           
Belçikanın Baş naziri isveçli azarkeşlərin öldürülməsi ilə bağlı başsağlığı verib - FOTO
Belçikanın Baş naziri Aleksander de Kro AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika millisi ilə oyundan (1:1) əvvəl İsveç millisinin iki azarkeşinin qətlə yetirilməsi ilə bağlı həmin ölkədən olan həmkarı Ulf Kristerssenə başsağlığı verib.

Oxu.Az xəbər verir ki, Aleksander de Kro bununla bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“İndicə İsveçin Baş nazirinə Brüsseldə bu ölkənin vətəndaşlarına edilən dəhşətli hücumla bağlı səmimi başsağlığımı çatdırdım. Dualarımız yaxınlarını itirənlərin ailələr və onların dostları ilədir. Yaxın tərəfdaşlar olaraq terrora qarşı birlikdə mübarizə aparırıq”, - De Kro sosial şəbəkədəki hesabında yazıb.

Xatırladaq ki, Brüsseldə “Slayem Slouma” təxəllüsü ilə şəxs İsveç millisinin iki azarkeşini güllələyib. Hadisə ilə əlaqədar şəhərdə dördüncü, ən yüksək təhlükə səviyyəsi tətbiq edilib.
Görüşün ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. Hər iki yığmanın oyunçuları hadisə səbəbindən meydana çıxmamağa qərar veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru